NƏ QALDI?
Yayı getdi, payızıdır ömrümün,
Bundan belə daha qışa nə qaldı? Çox qazandım, az qazandım, bilmədim, Vurdu məni həyat daşa, nə qaldı? Yaxşı dedim, çoxu yaman da qandı, Tale gəldi axır oda dayandı. İllər bir-bir yaşım üstə qalandı, Olmayanlar gəldi başa, nə qaldı? Fələk mənə oğrun-oğrun baxır da, Hüseynoğlu qəm nişanı taxır da. İndiyədək nə almışdım, axırda Yığdığımı çəkdim dişə, nə qaldı? 27.09.2024. |