GETDİ
Yaşadım ömrümü kitab içində,
Fikirlər üst-üstə qalandı getdi. Bu altımış ili necə keçirdim? Bilmədim, illərim talandı getdi. Yenə də bayırda küləklər əsir, Payızın havası əhədim kəsir. Elə bil harasa zaman tələsir, Günlər bir-birinə calandı getdi. Əcəl də gəldiyin bildi hədərdi, Gəldi, söz bağımdan incilər dərdi. Əlimdə dəftəri-qələmi gördü, Ölüm başım üstə dolandı getdi. Əflatun, yazırsan yenə halından, Bezmisən zamanın qovğa-qalından. Az-çox nəyim vardı dünya malından, Bildim ki hamısı yalandı, getdi. 02.10.2023. |