ALDIM
Ellərə vurğunam, el aşiqiyəm,
Bu eşqi, həvəsi ellərdən aldım. Köksümdə alışan vətən sevgisin Şirin-şirin ötən dillərdən aldım. Neçə bələn keçib, zirvə aşmağı, Qaynayıb-qaynayıb, dolub daşmağı, Azğın çaylar kimi hərdən coşmağı Dağlarda kükrəyən sellərdən aldım. Çəkilir zirvədən dumanı-çəni, Təbiət sehrinə salıbdır məni. Çox sevdim çiçəyi, gülü, çəməni, Şerimin ətrini güllərdən aldım. Necə rəngli keçdi cavanlıq çağı, Onu yaxşı bilir ömrümün bağı. Hərdən sular kimi dalğalanmağı Müşg-ənbər qoxuyan tellərdən aldım. Əflatun, sinəmə dərdi tökməyi, Bağrımın başını didib sökməyi, Bəzən xəyallarda həsrət çəkməyi Acılı-şirinli illərdən aldım. |