DÜNYA NƏ GÜNLƏRƏ QALDI İLAHİ
Bu dünyanı sardı dəhşətli bəla,
Düşdü yazıq millət neçə cür hala, Kim bilərdi belə bir işlər ola, İnsanlar gül kimi soldu İlahi, Dünya nə günlərə qaldı İlahi. Düşünən yox insanların halını, Kəsiblər şəhərin, kəndin yolunu, Karantin bağlayıb sağı-solunu, Taleyimiz yaman oldu İlahi, Dünya nə günlərə qaldı İlahi. Bu tac virus qorxu salır hər yana, Lap sağalmaz azar verir o cana, Bilinməyir nə vaxt yetəcək sona, Səbrimizin həddi doldu İlahi, Dünya nə günlərə qaldı İlahi. "Evdə qalın" deyir dövlət məmuru, Qazanc yox, yediymiz çörəkdir quru, Az qalıb İsrafil çalsın o suru, Dərdimiz sinədə boldu İlahi, Dünya nə günlərə qaldı İlahi. Həyat gözümüzdə zülmət olubdur, Dilimiz söhbətə həsrət qalıbdır, Əflatun xəyala yaman dalıbdır, Halımız çox yaman haldı İlahi, Dünya nə günlərə qaldı İlahi. |