Nə üçün xəlq eliyib cinləri, insanları Allah?
Nə üçün xəlq eliyib cinləri, insanları Allah?
O müqəddəsdə yazıb ayə ibadət səbəbindən. Yaşananlarsa deyir əksinə zillət səbəbindən. Yerə düşmən kimi xəlq eylədiyin canları, Allah! Yaşadır tək meşə qanunları qüvvət səbəbindən. Talayıb çapdı gücün şahı xilafət səbəbindən. Nə qədər örtmək olar üzdəki nöqsanları Allah?! Gözə dəhşət görünən batini hikmət səbəbindən. Neçə hikmətləri verdik bada vəhşət səbəbindən. Hələ mö’minlərə bax, qalmadı imanları, Allah! Sənin bəxş eylediyin zalimə qüdrət səbəbindən. Bizə ay nurunu göstərmədi zülmət səbəbindən. Necə rəhmin götürür yerdə axan qanları Allah?! Adının hikməti nöqsandı şəriət səbəbindən? Xəbərim olmadı illər boyu qəflət səbəbindən! Yaradıb aləmi, insanları, imkanları Allah. Sinəsin çəkdi kənar hansı ədalət səbəbindən?! Deyəcəklər, deyilir zülm müsibət səbəbindən. Müəllif: Anar Əhəd |