Allah evinin ismini əfsanə qoyardım
Allah evinin ismini əfsanə qoyardım,
Zahiddən əlamət nədi viranə qoyardım. Rüsvayi – cahan eyləmisən islamı zahid! Toppuz kimisin ağzuva aya nə qoyardım. Olsaydı gücüm mola xiyabanı qurardım, Təsbeh kimi hər cərgəni səddanə qoyardım. Yorğan kimi əmmaməni bayraq eliyərdim, Hər qəbrə taxıb əskini bir danə qoyardım. Meyxanələrin könlünü məmnun eləməkçün, Qəbrin yolunun üstünə peymanə qoyardım. Allah adına hər yediyin pox səbəbindən, Yad etmək üçün rəmzini bir nanə qoyardım. Əş’arı Anar aləmə məşhur edə bilsə, Dərdünnən ölən kəsləri biganə qoyardım. Müəllif: Anar Əhəd |
Güzel bir şiirdi, beğeniyle okudum. Nice güzel şiirlere diyor, Şair Arkadaşımı, içtenlikle KUTLUYORUM...