Arazımdan meh əsir könlümə pünhan, Təbriz!
Arazımdan meh əsir könlümə pünhan, Təbriz!
Mənə ilham eliyir vəslini hər an Təbriz! Şirə bax, quyruğu enmiş paçasınnan çıxmır, Xumuşun bağrı yarılsın elə tüğyan,Təbriz! Şir haçan qolları pərvaz eliyib çaqqal öpüb? Mənə yaddır bu təbiətdəki heyvan, Təbriz! Bilki, qurdun köləlik xisləti olmur canda, Yenə Türkün unudub rəmzini İran, Təbriz! Xaliqin surələrin, ayələrin fəhm etdim, Belə bir vəsfə uyan yoxdu müsəlman, Təbriz! Arazın o tayıda bu tayıda öz elimiz, Xalqı bölmək nə deməkdir oxu meydan, Təbriz! Qovuşub torpağına səcdə edib söylə Anar, Ana yurdum vətənim Azəribaycan Təbriz. Müəllif: Anar Əhəd |
Selam olsun Tebriz'ime, Bakü'me.
Gence'ye Şuşa'ya selam olsun.
Selam olsun kardeşlerime.