Ağacan, can ağacan
Qədəmin izləri bir pir idi sultan ağacan.
Sözünü ayə bilirdik edib iman ağacan. Hələ nəzr etmiş idi şiələrin can ağacan. Niyə satdın bizi oldun bizə duşman ağacan? Elədin eşq evinin könlünu viran ağacan! Yoxsa zatınnan idi erməni Şamyan ağacan! Sən ki, peyğəmbərimin zatı idin ey mövla! İnamım yoxdu ki, çıxsın bu nəsildən ədna. Necə qıydın şiənin namına etdin rüsva! Hanı bəs vəhdətimiz, birliyimiz bir dünya, Hanı qardaş idi bu dində müsəlman ağacan?! Beləmi şərh eliyir ayeyi-Qur’an ağacan?! Ömrümüz oldu fəna qəm çəkirik qəmxanada Etdiyin çirkabı meynən yuyuruq meyxanada. Hara getsək lağ olur halımıza hər xanada. Aftafa tutmağı öyrətdi təharətxanada. Şər’i hökmün bizə göndər elə e’lan ağacan, Erməni qardaşuva hər cürə imkan ağacan. Day inanmam xətibin etsədə Rəhman vəsfin. Ayələr nəql eliyib söyləsə Qur’an vəsfin. Saxla öz zatın üçün mənəvi insan vəsfin. Daha minbərdə durub eylemə şeytan vəsfin, İndi bildim nəcə görkəmdədi şeytan ağacan, Bu sənə son deməyimdir ağacan, can ağacan. Müəllif: Anar Əhəd |