Doğulur ürəkdə arzum gömürəm zaman içində
Doğulur ürəkdə arzum gömürəm zaman içində,
Neçə arzumun məzarın qazıram bu can içində. Yaşadan dərin ümidnən, puç olan bu arzularnan Ürəyim düyün düyündür bitirəm güman içində. Nədi bəxtimin siyahi, mənə bir fərəh mənahi, Canı xəlq edən İlahi, yaşdır fəğan içində. Tənimin kənarı yozxdur, ölüdür məzarı yoxdur, Ömürün baharı yoxdur, soluram xəzan içində. Bu həyatda olmayan şey sayılır yalan, olan yox, Dedilər yalandı dünya, çürüdüm yalan içində. Anarın üzün görürsən, düşünüb əmin olursan, Qəmi gör, nə var içində, nə yaşar cahan içində. Müəllif: Anar Əhəd |
En kalbi duygularımla selamlıyorum.
Her daim esenlikte kalın.
Saygılarımla.