Qövmün onu tərk etdi
Haqqın sözüdür Qur’an, qövmün onu tərk etdi
Nazil eliyən Rəhman, qövmün onu tərk etdi Mövhumə edib iman, qövmün onu tərk etdi Təsdiq də edir Furqan, qövmün onu tərk etdi Həm şiə deyər haqqam, həm snnü də dər əlbət Gəl hər ikisi hali olmaz nə deyər ayət. Mən cəfəriyəm şiə, mən sünnü yolum sünnət Təfriq eliyib hər an, qövmün onu tərk etdi Təsdiq də edir Furqan, qövmün onu tərk etdi. Nadanə güman etmə, bir ar edə peyğəmbər! Əqlində oyanmaq yox, əfkar edə peyğəmbər! Bir ayəni bir surə* təkrar edə peyğəmbər! Lap olsada fəhm asan qövmün onu tərk etdi. Təsdiq də edir Furqan, qövmün onu tərk etdi. Şe’rimdə olan ayə peyğəmbərimin halı Misramda gəzən qəmlər, qəlbimdə yara xalı Daglar əridən Qur’an* döndərmədi əhvalı, Nəymiş görəsən insan! Qömün onu tərk etdi. Təsdiq də edir Furqan, qövmün onu tərk etdi. *Qəmər surəsi 17, 22, 32, 40 ayələri *Həşr surəsi ayə 21 Müəllif: Anar Əhəd |