Şeytan molla
Ey mələk üzlü olan batini şeytan molla!
Haqqa göz bağlayanın mö’mini şeytan molla! Əqli qıt bəndələrin zamini şeytan molla! İranın alicənab sakini şeytan molla! Bir üzün zahiri aşkarda olan insani. Bir üzün daxili xəlvətdə nihan şeytani. Bir üzün şiələrin müctehidi rəbbani, Bir üzün Erməninin kahini şeytan molla! Ey mələk üzlü olan batini şeytan molla! Bir sifətdən doğulan üzlərə Allah heyrət! Neçə cür üz görünər, üzvüzə vallah heyrət! Bir canın var, min üzün var, bərəkallah, heyrət! Hər üzün dinimizin xaini şeytan molla! Ey mələk üzlü olan batini şeytan molla! Otuz il öncə müsəlman tərəfin tutmamısan. Yaranıbdır neçə imkan, tərəfin tutmamısan. Heç zaman Azəribaycan tərəfin tutmamısan, Mənfəətdarların ən xudbini şeytan molla! Ey mələk üzlü olan batini şeytan molla! Qardaşın Erməni, tarixdə izin gerçəkdir. O sənin qırmızı xəttindi sözün gerçəkdir. Zəngəzur dəhlizi uğrunda üzün gerçəkdir, Buda düşmənçilyin yəqini şeytan molla! Ey mələk üzlü olan batini şeytan molla! Əqli ne’mət yaranan bəndə nağıllarla yatır. Özü ruhən düşərək fəndə nağıllarlla yatır. Oyadım şiələri sən də nağıllarla yatır, Bacarırsan eləmək təlqini şeytan molla! Ey mələk üzlü olan batini şeytan molla! Bu bizim şiələrə fəhmi verən bunlardır. Onların zehninə hər zülmü verən bunlardır. Ey Anar, qəndə qüsul hökmü verən bunlardır! Hər fırıldaq kələyin zəngini şeytan molla. Ey mələk üzlü olan batini şeytan molla! Müəllif: Anar Əhəd |