Nə həyatdır bu həyat, insanı dövran çürüdər
Nə həyatdır bu həyat, insanı dövran çürüdər!
İmtəhan olsa əgər, aşiqi canan çürüdər. Sən giley etmə oğul, Yaqubu xatırla bu gün, Kim olur, həm nə olur, bəndəni üsyan çürüdər Elə iş tutma ki, bir gün səni peşman eləsin, Bu həyat qanunudur, peşmanı vicdan çürüdər Nə qəmin olsa, gərək səbr, ümid dostun ola, Buların yoxluğu hicran gətirər, can çürüdər. Anarı gənc görüb sanma ki, biganədi bu, Mənə saydıqlaruvun artığı insan çürüdər. Müəllif: Anar Əhəd |
Can Azerbaycan'a kucak dolusu sevgiler.
Karabağ kahramanlarına selamlar.