Azərbaycan
Vuruşur qanla alır torpağın Azərbaycan.
Bu zəfərnən ucalır bayrağın Azərbaycan. Qoca qartal cavan olmuş eliyir həmləsini, Yenidən doğmağa artıq çəkib işgəncəsini. Dəyişib dimdiyini, tüklərini, pəncəsini, Keçirib erməniyə caynağın Azərbaycan. Vuruşur qanla alır torpağın Azərbaycan. Sənə Türkün gücü bəsdir ona tək söykə kürək. Yoluvun uğruna neylər axı çaqqalla, köpək? Kişinin düşməni olsun kişi aləmdə gərək, Tapmısan düşmənin ən alçağın Azərbaycan. Vuruşur qanla alır torpağın Azərbaycan. İgid əsgərlərimiz fəth eliyir bölgələri, Düşməni aciz edib ordumuzun zərbələri. Bu döyüşnən tanıdıq biz müsəlman ölkələri, Yəni cırdın iranın yaşmağın Azərbaycan. Vuruşur qanla alır torpağın Azərbaycan. Zavalın yox daha Rəbbin səni rəğbətlədisə, Haqq üçün ordu bilib ordunu qüvvətlədisə. Necə Allah qovaraq iblisi lə’nətlədisə, Sən də et düşmənə cənnət bağın Azərbaycan. Vuruşur qanla alır torpağın Azərbaycan. Müəllif: Anar Əhəd |
Azerbaycan..
Selamlar.