Yerdə axan qan qalmaz
Bəs deyirdiz, vətənim yerdə axan qan qalmaz!
Otuz il qandan əsər, canda da vicdan qalmaz. Görəsən müstəqilik, yoxsakı addır verilib! Xalqı azad olanın torpağı viran qalmaz. Müstəqillik adı almış yesir azadələrik, Bu ömürnən vətənin dərdinə insan qalmaz. İrəvan, Ərdəbili, Təbrizi sonra Qarabağ, Bu gedişnən bizə heç daxmalı ünvan qalmaz. İranın ermənidən fərqi müsəlmanlığıdır? O müsəlmanlıq ilə məhşərə iman qalmaz. Unudun torpağı dünya malına baş qataraq, O günün vaxtı gələr heç kimə dövran qalmaz. Nə qədər sağsan Anar, xalqa həqiqət göstər, Sora öz borcun üçün yazmağa imkan qalmaz. Müəllif: Anar Əhəd |