Dinimin var nə qədər mollaları
Cənnəti vəd eliyib sünnülərə,
Türklərin namıdəyər mollaları. Bir qələtdir eliyib inciməsin, İranın dəymədüşər mollaları. Soxulub ortalığa kükrəməsin, Ərəbin gülməşəkər mollaları. Ayırıb ağzını baxsın üçünə, Ölkəmin həftəbecər mollaları. Əlli il səcdə edən təqlid edir, Bakının vermir bəhər mollaları. Demirəm başqa, digər mollaları, Dinimin var nə qədər mollaları. Qələmindən sevinər mö’min Anar, Tutacaq amma qəhər mollaları. Müəllif: Anar Əhəd |