Altılıq
Yazma şair yenə əş’arı halal mollamıza.
Sadə fağır yaşayan elmi fəal mollamıza. On beş il təhsil alan Qumda real mollamıza. Hələ Allah da verib elm, cəlal mollamıza. Üzü nurani fason, qaşı hilal mollamıza. Saçı saqqalı bəyaz qarnı motal mollamıza. O hədis elmi ilə huriyə nöqsan yaradır. Qadının haqqı üçün, xətrinə qılman yaradır. Nə bilir xidmət üçün hurini Rəhman yaradır. Bilmədən kim danışır səhvinə imkan yaradır. Nə qanır ayə nədir, vermə misal mollamıza. Sözü misraya düzüb tikmə xaral mollamıza. Onun təsdiq eliyib elmini arif nə qədər. El oba içrə çatıb şə’ninə tə’rif nə qədər. O gələndən dağıdıb, məhv eliyib mif nə qədər. Oxuyub olsada din elminə vaqif nə qədər, Ara bir şillə vurur bə’zi sual mollamıza. Dəyişir rəngi, gəlir qırmızı hal mollamıza. Tanımırsan, nə bilirsən necə fəxrin adıdı. İranın mollaları mollamızın usdadıdı. O bu aləmdə cəhalət zamanın cəlladıdı. O kəramət yiyəsi bir kişinin övladıdı, Nəsə nöqsanı ola qoyma babal mollamıza. Onun hər səhvi mübah, vermə zaval mollamıza. Müəllif: Anar Əhəd |