DİLİMDƏDİ HAQ KƏLMƏSİ, DUASI
Dilimdədi Haq kəlməsi, duası,
Yalan-yanlış, qeyri sözü bilmərəm. Nə yaşasam Allahıma çox şükür, Ömür payım o kəsməsə ölmərəm. Ləli-gövhər, kitabında hər nə var, Məhrəm olub, odur mənə əziz yar. Hökmü mütləq, əlindədi ixtiyar, Gül deməsə danışmaram, gülmərəm. Əflatunam, həqiqətə batmışam, Nadan sözü qulaqardı atmışam. Sevgisini elə şirin tutmuşam, Ölənədək ürəyimdən silmərəm. |