BU DÜNYADAN O DÜNYAYA GETMƏK VAR
Indi gülüb dövran sənin üzünə,
Söz deyilmir qaşın altda gözünə, Güvənirsən burda özün-özünə, Elə bilmə dünya sənə olub yar, Bu dünyadan o dünyaya getmək var. Hələ dolan bu dünyada kef üstə, Əzizləynən şirin canı, sən bəstə, Vaxt olacaq, düşəcəkdi can xəstə, Gün gələcək, çəkəcəksən ahu-zar, Bu dünyadan o dünyaya getmək var. Çox eylədin yalan-yanlış söhbəti, Düşünmədin yaxşı-yaman heç qəti, Hey danışdın orda-burda qeybəti, Bəd əməldən eyləmədin sən ki ar, Bu dünyadan o dünyaya getmək var. Kim qalıbdır bu dünyada əbədi, Sənin sözün düz yanında heç nədi, Şər danışan şeytan olan kimsədi. Öz-özünü nahaq yerə etmə xar, Bu dünyadan o dünyaya getmək var. Əflatunam, qoy məqsədim bilinsin, İstəyirəm Haqq yoluna gəlinsin, Tövbə eylə, günahların silinsin. Heç olmasa o dünyanı etmə dar, Bu dünyadan o dünyaya getmək var. 31.03.2019. |
Yazdıran ve his eden yüreğinize sağlık hocam
Tebrikler saygılar