GƏL TUTUM ƏLLƏRİNDƏN...
Gəl tutum əllərindən, bəlkə ruhum dincələ,
Üzümə günəş doğa, bəxtimə işıq gələ. Bu pozulmuş dünyadan ayrı dünyaya gedək, Kainatda yeni bir planeti kəşf edək. Elə bir yer ki, orda olmasın heç qan-qada, Zülüm, əzab-əziyyət düşməsin əsla yada. Buranın dərd-kədəri yandırıb-yaxır yaman, İnsan insana qənim, tərsinə dönür zaman. Gəl tutum əllərindən, ruhumuz qanad açsın, Ərşə pərvaz eyləsin, aləmə nurun saçsın. İnsanlığa sevgini biz yenidən axtaraq, Əlimizdə gül-çiçək, olsun bizə bir yaraq. Bu dünyadan yoruldum, yoxdur gümanım daha, İnsanlıq ucuz olub, yalan hər şeydən baha. Gəl bəxtimin ulduzu, gözüm yollarda qalıb, Hicran mənə dağ çəkib, cismimi oda salıb. Gəl, daha dözmür ürək, səbrim-qərarım yoxdur, Şadlıq çoxdan çəkilib, ahım-amanım çoxdur. 24.12.2024. |