YENİ ZELLANDİYA MƏSCİDLƏRİNDƏ GÜNAHSIZ İNSANLARI TERROR QURBANI EDƏN QATİLLƏRƏ!
Qan tökmək çətin işdi,
Qatil olmaq dəhşətdi. Günahsız qan tökülsə, Bunun adı vəhşətdi. Hara sığar söyləyin, Günahı nahaq qanın? İslama terror deyən, Anlayın, bircə qanın. Bir yol Allaha baxın, Bir yol ölən insana. Kimdir terror eyləyən, Qıyan günahsız cana? Hərə bir can daşıyır Yarandığı dünyada. Heç kəs istəməz versin Şirin canını bada. Sevgiylə yaradıbdır Allah bəşəriyyəti. Saf insanlar eyləməz Bir belə cinayəti. Allahdan üz döndərən İblis də kafir oldu. Siz ey iblis adamlar, Tutduğunuz nə yoldu? Bir gün ədalət sizi Çəkəcək haqq-hesaba. Tökdüyünüz bu qanlar Sığar hansı kitaba? Ey qatil Amerika, Ey qaniçən Avropa! Ədalət sözü ilə Rəvac verməyin gopa. Günahsız ölənlərin Ahı tutacaq sizi. Bir gün aşkar olacaq Həqiqətin iç üzü. Bu oyunlar, fitnələr Gizli qalmayacaqdır. Düşünməyin Yaradan Əvəz almayacaqdır! . . |