Qəzəl - Dost
Rəməl bəhri
Fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün Mənə dostum deyən oğlanda sədaqət dağıdır, O qədər çoxdu vəfa, sevgisi dəhşət dağıdır. Yığıb ətrafına yaltaqları yoldaşlıq edər, Ona tə’rif deyənin uğruna sərvət dağıdır. Sənə dostum deməyim saflığımın sayəsidir, O ötən xatirələr qəlbimə nifrət dağıdır. Elə zənn eyləmə qəlbimdə sənə sevgi qalıb, Səni xatırlamağım sadəcə diqqət dağıdır. Fərqi yox hansı məhəbbət ürəyin hakimidir, Ta əzəldən bəri hər eşqi xəyanət dağıdır. Elə bir dosta ürək ver yada Allahı sala, Pisi qəlbindən uzaq tut ki, o möhnət dağıdır. O kəsə dost de Anar, çöhrəsi iman nurudur, Elə insan özü ətrafına zinət dağıdır. Müəllif: Anar Əhəd |
GÜZEL DUYGULARIN SESİ OLAN ŞİİRİN ANLATIM ÇABALARI YERİNDE…
Kutlu ve mutlu dileklerimle.
Çok Beğendim.
…………………. Saygı ve Selamlar…