Qarabaq
Yaz, yaz qələmim bir neçə misra Qarabağdan,
At sən də bu söz mülkünə imza Qarabağdan. Firon törədən vəhşiliyin bənzəri sənsən, Gəl çıxmadı ancaq yeni Musa Qarabağdan. Haqsız o axan qanlara aləm özü şahid, Məhşərdə şəhadət elə dünya, Qarabağdan. Gəl olmasa barmaq bulayan güc əli dəstək, Görməz qəti heç erməni röya Qarabağdan. Düşmən əli sıxdın, mənə qardaş demə artıq. Get molla yetişdir verə fətva Qarabağdan. Millət hələ bilmir nə oyunlar dönür orda, Tarix edəcək hər şeyi ifşa Qarabağdan. Vursun Anarın qəlbinə xəncər yeri qoysun, Dönməz yenə qəlbindəki sevda Qarabağdan. Müəllif: Anar Əhəd |