Müstəzad - Müvəqqəti nigah
Alim! Eləsən ayəni təfsir, ola bir səhv.
Allah sənə neylər. Səhvdən gəmi qərq olsa dəniz xalqı edər məhv. Həzrət Əli söylər. O səhvi ki, sən eyləmisən bax o səbəbdən. İnsan günah eylər. Fətfası verilmiş deyərək cismi tələbdən. Artıq tamah eylər. Meylin salaraq bir dula qardaş, ata bilməz. Sönsün təki şəhvət. Hər kim ki, bu cür siğə edir əqlinə gəlməz..? Qardaş, ata qeyrət. Bir ad qoyaraq siğəyə pozğunluğa yan bax. Pis fitnə salırsan. Millət səni görmür, görürəm mən səni ax..ax... Tül pərdə salırsan. Hər bir kəbinin kəsilməsi Rəhmana xoşdur. Üç, beş saat olmaz. Ancaq kəbinin pozulması şeytana xoşdur. İblis rahat olmaz. Son ayəni öz nəfsinə uyğun bəzəyirsən. Həq düz bizə çatmır. Çox zənn eliyən var belə düzgün eləyirsən. Heç əqlimə batmır. Allah buyurur ayədə müstəsnadı onlar. Kimlərdi? əsirlər. Diqqət yetirin bax bura istisnadı onlar. Təfsirdə kəsirlər. Müstəsna olan qadınları silmə yadınnan. Təfsir eləyərkən. O vaxt kişilər faydalanıb əsir qadınnan. Cismən diləyərkən. Gəl indi bizim vaxta baxaq, varmı həmən hal? Ölkəmdə misalçun. Üç arvadı var, əlli yaşında şəvə saqqal. Dul qaşı hilalçun. Min hoqqa edər, hiylə edər istəyə çatsın. Dulnan gecə yatsın. Bir molla yazar cızma qara haqqı yaratsın. Ax., kaş başı batsın. Kim istəsə bu ayəni icra edə bir gün. Bilsin nədi hikmət. Hikmət kimə aydındısa o hökmünü düzgün. Mütləq edər əlbət. Hikmət özü hikmət dolu Quran kitabında. Zəhmətlə varaqla. Tapdınsa Anar həq yolu Quran kitabında. Sıx qəlbə qucağla. Gəl həmd elə ağla. Söz haqq ilə bağla. Çoxdur arayan yol, Zülmətdə çırağla. Müəllif: Anar Əhəd |