Məsnəvi
Ayə desəm mən eləsəm təfsirin,
Üstümə cahil qıracaq zəncirin. Sən axı kimsən, nəçisən qardaşım? Ayəni təfsir edəsən qardaşım. Sən nə axundsan, nədə bir mollasan, Üz tutaraq getmə çətin yolla sən. Tanrı mənim bol eləsin səbrimi, Haqqa gedən yol eləsin səbrimi. Haqq bizə hikmət dolu Quran verib, Cümlə bəşərçün kitabın göndərib. Molla üçün, axund üçün gəlmiyib. Sadəcə cahil dəyərin bilmiyib. Düşdü uzaq bimədi Quran nədi Bəs nə üçün görmədi Quran nədi? Alimə bel bağladı birdən birə, Vurdu təfəkkür, şüurun zəncirə. Məndə gedim Qumda alım təhsili, Sərf eliyim on ili, on beş ili. Rütbə alım molla, axund, müctehid, Təqlidi etsin mənə Məmməd, Səid. Ad götürüm mən özümə bir kərə, Uzunluğu sığışmasın dəftərə. Qapqara saqqal buraxım üç çərək, Birdə üzük barmağa, mütləq gərək. Üstə əba, başda da əmmaməni, Sonrada minbərdə görün siz məni. İstədiyim ayələrin təfsirin, Mən edərəm mızlamazlar heç birin. Kimdi ki, Quranı açıb yoxlıyan. Birdəfəlik alimə bel bağlıyan, Zənn eliyir hər şeyi düz söyliyir, Ən böyük Alim kitabın neyliyir. Naibidir son imamın müctehid, Doğru deyər hər kəlamın müctehid. Vay, nə dedim mən belə etdim, nəsə... Başqa dərin mövzuya getdim nəsə..! Mat diyanıb əyməginən qəddini, Oxu Qəmər surəsi on yeddini.* Dərk eləsən Tanrı sözün, hikmətin, Bəlkə anarsan Anarın söhbətin. Müəllif: Anar Əhəd *Qəmər surəsi / ayə 17 Həqiqətən Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı? |
Yüreğinize sağlık tebrikler saygılar