Satirik qəzəl
Atacam boş başına daş dəyəcək qan çıxacaq,
O, daşın ağrısı candan çıxana, can çıxacaq. Bu əsərnən elə bir damğa vurum nadana mən, Düşəcək hər dediyim dillərə dastan çıxacaq. Savadım yox, nə edim mən, təriqət alimi var, Bu fikirnən yaşıyan məhşərə peşman çıxacaq. Nə qədər sən belə getsən savadın olmıyacaq, Səni yoldan çıxaran alim hər zaman çıxacaq. Başıəmmaməlilər guya ki, dindən danışır, Ürəyin qurdalasan zahirə şeytan çıxacaq. Bu qədər bərkə gedib hər sözü gəl vermə hədər, Kimə təsir etsə üç – beş günə yaddan çıxacaq. Hələ nadan sözünün damğası üstündə, Anar, Oxu nadan sözü bax tərsinə nadan çıxacaq. Müəllif - Anar Əhəd |