Qəzəl
Ey canı verən Can, verərəm canı yolunda,
Hər kəs verə bilməz canı cananı yolunda. Nöqsan ilə düşdüm quyuya Yusifə bənzər, Gözlər necə gözlərdi o karvanı yolunda. Verdim Sənə söz əhd elədim, tək yola çıxdım, Yalnız gedərəm mən Hüseyin qanı yolunda. Musa idi yol açdı, dəniz yardı əsayla, Tanrım, yararam əl ilə ümmanı yolunda. Alim düşünər səhv eliyər ayəni təfsir, Allah, mənə ilham elə Quranı yolunda. Ətrafıma cəm eylə mələklər, nə olar Yar, Qoyma gələ vur zəncirə şeytanı yolunda. Yazdım bu qəzəl bir dilək, Allah buna səs ver, Sənsən Anarın dərdinə dərmanı yolunda. Müəllif: Anar Əhəd |
qelemin susmasın
_______________________________Salamlar
Işık Mehmetali tarafından 8/9/2016 10:44:55 PM zamanında düzenlenmiştir.