GƏNCLİK EŞQİM
Bu gün düşdü yadıma
Ötən gənclik illərim. Döndü çovğun-borana Başımdakı yellərim. Nəydi məni sarsıdan, Dəli, sərsəm eyliyən? Hardan gəldi gözümə Heç bilmədim duman-çən. Qəfil çıxdı qarşıma Gəncliyimin əzəli. Dedi unutmaq olmaz Könül sevən gözəli. Hürkək baxışlar ilə Yenidən seyr eylədim. Həzin, nisgilli səslə Dilə gəlib söylədim. Gənclikdən üzü bəri Sevgi ilə gəlmişəm. Sevgini Allah kimi Bir müqəddəs bilmişəm. Həyatda ilk sevdiyin Bəxtə yazılmayanda, Yandırar od-alovda, Qor kimi qalar canda. Ocaq yanar, tüstüsü Göydə ağ dumandı, bax. Başımdakı tellərim Ona bir nişandı,bax. Sevgiylə dolan günlər, İllər belə gedərmiş. Taleyin qismətinə Boyun əymək hünərmiş. 24.02.10. |