SARALAN SEVDALAR
***
Bir yaz da belə keçdi buraxıb mevsimləri xəzana. Unutdum unutacağım nə varsa. Unutdum gündüzün sıcak nəfəsini, axşam yelinin üzümü oxşayan temasını. Tənbəl cırcıramaların cırıltısını unutdum, İsa-Musa quşunun həycanlı səsini, gecələri üstündən atlayıb geçdiyim işıldayan böcəklərin mavi işığını unutdum. Unutdum unutacağım nə varsa... Yalın ayaqlarım üşüyür daha. Barmarlarım ucundan son tikanı da çıxarıb atıram. Yazın son acısı ufultularımda bax beləcə ötüb geçir. Gah ovcumun içindəki həyat qırışlarına baxıram, gah da saralan yarpaqların damarlarına. Ansızın bir sızıltı geçir qəlbimdən, necə də olsa bənzəyirlərmiş, sanki... Xatirə dəftərimin son varağında bir xəzan yarpağına yer saxlamışam, lap əskilərdə olduğu kimi. ...O qız yadıma düşür. Qonşu partadan gizlin-gizlin mənə baxan o qız. O mənə baxardı, mənsə karton qoxulu kitablara. Haçansa ədəbiyyat dərsində xatirə dəftərini vermişdi mənə- bir şeylər yazım deyə. Arasına bir yarpaq da qoymuşdu- yam-yaşıl bir yarpaq. Yazdım: -Min şeir deyilsin a qızlar,sizdən, Bu gün demək üçün sözüm var mənim. Hələ birinizi seçməmişəm mən, Sizin hamınızda gözüm var mənim... Günlər sonra dostumda gördüm həmin dəftəri. Xatirə yazmağa almışdı, vərəqlərini çevirir, astadan oxuyurdu. Mənsə ötəri baxardım, elə-belə... Arasındakı yarpaq başqaydı. Amma,yaşıl deyil sapsarı xəzan yarpağıydı. Çox sonralar anladım... * Hər xəzan o qızı xatırlatır mənə, hər sarı yarpaq anlamadığım gönül sevdasını. Unutulur qışın son ucunda bahara, yazın son ucunda xəzana dönən mevsimlər. Unutulmayan təkcə sevdalardır- xəzan yarpağı kimi saralan sevdalar... * |