3
Yorum
7
Beğeni
5,0
Puan
653
Okunma
Yenə gecə,yenə zülmət,yenə mən...
Alammıram gözlərimə yuxunu.
Sən də yoxsan...
Xəyalındı gözümdə.
Qoxlayıram kipriyimlə qoxunu.
Gəzdiyim yer biyabanın soyuğu,
Didərginəm sıcağına könlünün.
Mən yetimin bəxti hanı alasan
Bir gecəlik qucağına könlünün...
Quşum qondu bildirçinin fəslinə,
Yaz da keçdi...
Quyruq doğdu göyümdə.
Baxışlarım dörd divarla oynayır,
Mən tənhayam,kimsəsizəm öyümdə.
Pəncərəmin pərdəsinə ilişir,
Gileylənir ay işığı aynadan.
Bəlkə,sənsən yaprağıma meh əsən,
Bəlkə,sənsən saçlarımı oynadan.
Dinşəyirəm ürəyimin səsini,
Səhv edəndə ara-ara dinməyir.
Nə babadı mən yetimə bu ömür,
Saçımdakı bəyazlara dinməyir?...
Yenə gecə,yenə zülmət,yenə mən...
Lampalanıb asılmışam özümdən.
Sən gəlmirsən...
İnadına gecənin
Xəyalını soyunuram gözümdən...
*
5.0
100% (5)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.