...MƏZAR ÜÇÜN...VƏTƏN
***
Topraq deyil Vətən, toprağı üstündə üstünə topraq atacaq insanlarıdı, dinini burax, dilini danışıb dilindən tutan, içindən içinə ip çəkmiş duyğularıyla və evində qibləsi olan, yönü gündoğana... Heç qamış kəsən barmağınız oldu mu, ya qulağınızın ardı böyurtkən tikanlarına qan vermiş... Orası,barmağını qamışkəsmişlərə barmaq silkələyən, ya şəlpə qulaqlarıyla qulağının ardını göstərən kimsələri varıykən Vətən deyil orası... Yalnız balıq qoxuyan bir topraq... Gedəcəyi başqa bir yeri olmayanlar üçün bir Topraq... Və... Yalnızca məzarı üçün bir Vətən... *** |