Köpek yavrusu
***
Səni kim doğub,bura Kim atıb,it balası. Qancıq ananla söylə Kim yatıb,it balası. * Otlar,çiçəklər məsum, Bəs ortada günah var. Səndən atana qədər İriz açıb günahlar. * Quyruğunu buladın... Guya dostum sən mənim. Dost dosta tən gərəkmiş... Harama sən tən mənim. * Yalandı dost nağıllar, Məsəllər,it balası. Oynatma quyruğunu, Kəsərlər,it balası. * Sığındığın otunu, Alağını qoru sən. Dünya qulaq dünyası, Qulağını qoru sən. * Tanrı böyük,altı gen... İp çəkib tel bağlama. Gəl gedək,it balası, Tanrıya bel bağlama... *** İt balası-köpek yavrusu |
KÖPEK YAVRUSU şiirini, beğeniyle okudum. Nice güzel şiirlere diyor, Şair Arkadaşımı KUTLUYORUM...