Ah,həyat,necə də sevirəm səni!
***
Sayı unutmuşam barmaqlarımda... Gündüz də,gecə də sevirəm səni. Çöhrəni ağlımda qıza bənzədib Ah,həyat,necə də sevirəm səni. * Sabah qoxuyursan umudlarıma. Qoxuna uçuram,arı gəlirəm. Mən sənin baharda çiçək yuxunam, Xoşuna içindən sarı gəlirəm. * Son bahar dönürsən... Dönür yenə də Ruhuma o çılğın sel axşamlarım. Biz ki gedəsiydik o dənizlərə... Oturub gözləyir yel axşamlarım. * Gecə Ay enəndə su qucağına Biz də öpüşərik nişanlı kimi. Eşqindən o qədər sərxoş olaram... Başım havasından dumanlı kimi. * Gözümə çəkirəm dualarımla, Sonu bilinməyən filmimsən mənim. Hətta,iztirabın o qədər xoş ki... Ən gözəl zalimim,zülmümsən mənim. * Ah,həyat necə də sevirəm səni... Aldığım,verdiyin nəfəs qalınca Səni sevəcəyəm qadınım kimi, Könlümdə bir qırnıx həvəs qalınca! *** |
Emeğine yüreğine sağlık selamlar