GEC QALDIM
Yaman gec qaldım...
Uzaq gedən qatarların ardınca baxa-baxa, gecələr şərqdən qərbə, qərbdən şərqə uçan təyyarələrin sayrışan ulduzlarını seyr edə-edə yaman gec qldım. Getmək,uzaqlaşm aq yaşamaq istəmədiyim bu həyatdan, uyuşmadığım bu insanlardan qaçmaq nə böyük səadət olarmış. Mən belə deməmişdim, mən belə istəməmişdim. Uçmaq arzularkən sürünmək, yürümək istərkən yıxılmaq... Hüzur dilərkən qarğaşalıq,söyü ş. Şərəfin və ləyaqətin bir parça çörəyin güdazına getdiyi bu gədə dünya daha mənlik deyil. Mən belə dünyada yaşamağa gec qaldım, çox gec qaldım. Gec qaldım bahar çiçəklərinin ətrini iyləməyə, xallı kəpənəklərin ardınca qaçmağa. Gecələr İsa-Musa quşunun çağrışına hay verməyə, bizdən o yana ötən qu quşlarını saymağa, ağ buludların asılıb qaldığı mavi göyləri içimə dartmağa gec qaldım. Saya corablarımı cıran o böyürtkən kolundan bircə gilə belə qoparmağa gec qaldım... Neynək,qədərmən i də belə doladı barmağına. Günah özümdədir. Qaçanı qovmadım,tələsm ədim. Sabah oldu-gec qaldım, gələn getdi,gedən gəldı- gec qaldım. Bizimkilər pencəyını götürüb taleyini dəyişməyə gedərkən mənim meşin bavulum çarpayımın altında, xəz papağım divardan asılı qaldı. O qalan qaldı... ...Yaşımı soruşardılar. İyrmi beşdə də,otuzda da qocalmışam-deyə rdim. Dövrəmdə dolanan dostlarım,tanış larım danışardı,gülər di. Mən isə bir payız axşamı kimi qəmli və həzin idim. Kiçik bacımın danlaqları, əzizlərimin tənələri belə mənə vız gələrdi. Onlar toy həvəsində, gözəl gəlin arzusundaydılar , mən isə ikinci mərtəbəyə qalxan pilləkənin pillələrini sayardım. Sanki,bu pilləkənin sonundan mənim gələcəyim başlayacaqmış- yaşamağa və sevməyə gecikmiş gələcəyim... Hərdən anam yuxuma girir. Üzündə təbəssüm, baxışlarında bir nigarançılıq. Məzarlığa gedirəm, başdaşından şəkli ilə mənə baxır anam. Yuxumda gördüyüm eyni təbəssüm, eyni baxışlar. Məzarı yoldan on addım kənarda, babamla yanaşıdır. Yoldan keçən insanların ayaq səsləri belə eşidilir buradan. Ətrafıma boylanıram. İlahiI Nə qədər məzar daşları varmış. Çoxunu,lap çoxunu tanıyırdım bu insanların. Qəmli-qəmli mənə baxırlar şəkillərdən. Ağlıma gələn ilk sualdan diksinirəm. Bəlkə gec qalmışam? Yooox,ölmək hələ tezdir. Gələcəyi üçün məsuliyyət daşıdığım çocuqlarımın toyunu görmək, hər bahar açan qızılgüllərin ətrini iyləmək, keçən payız əkdiyım nar ağaclarının meyvəsindən yemək, bir də,bir də dünyanı dəyişmək arzusu varkən ölmək hələ tezdir, çooox tezdir. |