Vaxt olmadı...
VAXT OLMADI...
☆☆☆ Gəncliyimiz elə vaxta düşdü ki, Vaxt olmadı danışmağa sevgidən. Söhbət gəldi elə haqda düşdü ki, Vaxt olmadı danışmağa sevgidən. * Ömür keçdi tutun,gərin içində, Kolun-kosun,pambıq vərin içində. Biz böyüdük güllələrin içində, Vaxt olmadı danışmağa sevgidən. * Qız tapmadıq gözəlini seçməyə, Qoz sındırdıq qəzəlini seçməyə, Baş qarışdı xəzəlini seçməyə, Vaxt olmadı danışmağa sevgidən. * İçimizdə qara qışın buzları, Soyuq keçdi bizim köyün yazları, Sevə-sevə qarıdılar qızları, Vaxt olmadı danışmağa sevgidən. * Oyandıq ki könlümüzdə ayazdır, Nə gün o gün,nə yaz həmin o yazdır, Bir də baxdıq saçlarımız bəyazdır, Vaxt olmadı danışmağa sevgidən. ☆☆☆ |