DAHA...
“””
“”” Daha bacarmıram xəyal qurmağı... Qursam da gerçəyə dönəsi deyil. Xəstə dodağımda oyanan həvəs Püstə dodaqlarda sönəsi deyil. “ Gözümün qurdunu öldürəmmədim... Mən duyuq düşüncə kəpənək oldu. Ceviz ağacımın boz xəyalları Ya pəldən çıxmadı,ya kənək oldu. “ Sönür işıqları uzaq köyümün... Oranın yolları yalquzaq yolu. Ora arabalar adam aparmır, Tənha mən gedirəm o uzaq yolu. “ Gözüm su içməyir can bulağımdan, Amma,buludlarım su alıb gedir. Bir saç daranası qəhətə çıxıb, Əllərim cibimdə qocalıb gedir... “ Yenə o xəyallar... Səfil xəyallar... Sığınır soyuqdan,şaxtadan mənə. Yenə o qadındır yuxuma gəlir, Bircə tel ayırır saçından mənə. “ Danışa bilmirəm dodaqlarımla, Dilimin ucunda adı. Nə yazıq! Ah,yuxa xəyallar,yuxu xəyallar! Tezcə unudulur dadı, nə yazıq... “ Daha bacarmıram xəyal qurmağı... Dünyası başıma dar gəlir daha. Yığıram çantamı uzaq başına... Başından başıma qar gəlir daha. Daha bacarmıram xəyal qurmağı... “”” |
Emeğini yüreğini kutluyorum
__________________________________Selamlar