SƏN MƏNİ BİR GECƏ YANINA ÇAĞIR
***********
Sən məni bir gecə yanına çağır, Gəlim şəkər qatım yuxularına. Sən məni bir gecə yanına çağır, Məst olum qoynunda qoxularına. * Sən məni bir gecə yanına çağır, Gəlim gizli-gizli,gəl im astaca. Dolum otağına sərin meh kimi, Axtarsın əlini əlim,astaca. * Göydə ulduzları,Ayı söndürüm, Zülmət otağında xəyala dönsün. Həsrət səndən,məndən bir addım yana, Umut dodağında vüsala dönsün. * ...Gönlüm bombos qalıb xeyli zamandı, Yel vurub yengələr oynadır onu. Sən məni bir gecə yanına çağır, Ərisin,ruhumun açılsın donu. * İstər qapıdan sal,pəncərədən sal, Gəlim yatağına mələklər kimi. Sən məni sevəndə Tanrı kimi sev, Sev,sevib ağrıyan ürəklər kimi. * Sən məni bir gecə yanına çağır, Öldür dodağında, yaşat dilində. Məni sevda doğub o öldürəcək, Ölsəm də qoy ölüm sənin əlində. *** |