Tut adamlar...
“””
""" Tutun tökülən vaxtıdı... Tökülürlər tut adamlar, Qonur ,qara,məzə verən, Ürək basan...şit adamlar, Tökülüb heykəl olurlar, Daş olurlar... Büt adamlar. Bayraq kimi dalğalanan, qarğı kimi əyilənlər, qırğı kimi yeriyənlər, Papaq adam,corab adam, Tumanbağı, tumuş adam, Bez adamlar,çit adamlar... Qurşaq adam,yaxa adam, Yaxalıqda bit adamlar, Tək eşşəyə arpa bölən, Torba tikib torba bölən. Bir pistona,tarpa ölən öləndə adam ölməyən leş adamlar,it adamlar... Beş quruşa satın alıb üç quruşa satılanlar, kirə alıb adam satan, adamları dam dam satan, kəndir satan, edam satan, quş adamlar,g... adamlar... Tualetin qapısında bitib qalan çəkələklər ,domaşniklər, hələ,hələ pamoşniklər... Əqidəsi lüt adamlar... Daha keçdi o zamanlar. Adam adam tökülmürlər, adam kimi can vermirlər, can verənə gedən yoxdu, can verməyə gələn yoxdu, adam kimi ölən yoxdu... Elə ağac,tut ölürlər. Qıt yaşayıb lüt ölürlər... """ |
Emeğini yüreğini kutluyorum
_______________________________Selamlar