MƏNƏ YAZMA,QADIN...
...
Bəzən,çox-çox uzaqlardan sənə mesaj gəlir.Göz atınca gənc bir qadın profili açılır qarşında.Konusu,məzmunu... .Zamanı deyilmiş,ömrün hələ vəfa etsə belə gec qaldığı,ən xoş rüzgarların bir daha əsməyəcəyi və sürüb keçdiyi amansız bir vadidəykən mən...heç yeridir mi,qadın?! *** Mənə yazma,qadın,mesaj yollama! Sən məni bilmirsən,mən qocalmışam. Öylə yorğunam ki...Yoxuşlar kimi Çəkilmir üstümdən çən,qocalmışam. * Gündə neçə-neçə rəngə girirəm, Həm siyah,həm bəyaz...Hələ sarım var. Hərdən sevir məni qış bəyazlarım, Hərdən də incidir xəzan sarılar. * Uzaqda çıxmısan,ordaca bat sən, Gecəmdən ulduz tək axmağın yetər. Elə bəzənmişəm xəyallarınla... İçində şəklimə baxmağın yetər. * Bəlkə də,bilirsən... Mən də bilirəm, Sevgilər başlanmır umud başından. Mənə yazma,qadın,mesaj yollama! Unut məni getsin! Unut başından! * Uzaqdan baxdığın bir nöqtə olur. Məni də bir nöqtə sanarsan,bəsim! Sahilin qumuna adımı yazıb, Dalğalar gəlməmiş anarsan,bəsim!... * Evimdə birisi nar dənələyir... O son vəsiyyətim,vəsimdir mənim. Mənə yazma qadın,mesaj yollama, Alnıma yazılan bəsimdir mənim... *** |