YIXILMA,AĞAC,YIXILMA
***
*** Bir şəhərdə bir ağacı kəsirdilər.Kəsildikcə yıxılırdı ağac,eynən qurğuşuna düzülmüş adamlar kimi yıxılırdı.Ağladı ağac...Ağladı ki onu bunca illər kölgəsinə sığındığı dostları kəsirdilər... *** Yıxılanlar ağrıyarlar, Yıxılma,ağac,yıxılma! Yıxılanı doğrayarlar, Yıxılma,ağac,yıxılma! * Dalda durub,dalda çalan, Köhnə-kürüş valda çalan, Çoxmuş sənə balta çalan... Yıxılma,ağac,yıxılma! * O çiyin,o kürək hanı, Arxa duran dirək hanı, Dirəkdə o ürək hanı... Yıxılma,ağac,yıxılma! * Elə qandırarlar səni, Sudan yandırarlar səni, Ağac,sındırarlar səni... Yıxılma,ağac,yıxılma! * İtərlər itiyi sevər, Atarlar ütüyü sevər, Yıxılma,kötük olarsan. Bu şəhər kötüyü sevər... Yıxılma,ağac,yıxılma! *** köhnə-kürüş - eski çiyin - omuz kürək - sırt |
Yüreğine emeğine sağlık
__________________________________Selamlar