BİR DƏ YAZ (cığalı təcnis)
Yazı yazan, sözlər yazdın dəftərə,
Gəl hikmətdən deyim ora birdə yaz. Bir də yaz, Al qələmi bir də yaz. Mən söyləyim sir sözü, İki dinlə, bir də yaz. Bəxtin yatsa qış günündə qəm yemə, Təbiət tək oyanacaq bir də yaz. Xydam verə, arzu-kamın alasan, Bir bəxtəfər, xoş nişanlı olasan. Olasan, Qızılgülsən, lalasan. Arzularam hər zaman Haqdan payın alasan. Fikir versən böhtanlara, ala sən, Ürəyinə yara vurar bir dayaz. Ay Əflatun, Məcnun aldı eşq odu, Alışdınmı həqiqətə, eşq odu. Eşq odu, Bax sinəmə, eşq odu. Gör bir mənə neylədi Yar həsrəti, eşq odu. İlahidən çatılıbsa eşq odu, Neyləyəcək şaxta-boran, bir də yaz. |
Saygılarımla........