TÜRK AŞIĞI BEYSAFA KOÇAKLA DEYİŞMƏŞiirin hikayesini görmek için tıklayın 2008-ci il, iyulun 17-si idi. Türkiyənin Yalova şəhərinə səfərim zamanı orada yaşayan Mülazim Şeliman əmimlə dəniz kənarında, bir çayxanada əyləşib söhbət edirdik. bu vaxt bir nəfər adam bizə yaxınlaşıb əmimlə görüşdü və oturmağa icazə istədi. Əmim məni onunla tanış edib, yaxın qohumu olduğumu və Gürcüstandan müsafir gəldiyimi söylədi. Bu arada yenicə çapdan çıxmış kitabımın bir nüsxəsini də hədiyyə etdi. Kitabdan mənim şer də yazdığımı biləndə özünün də aşıq olduğunu və məndən bir şer deməyimi xahiş etdi. Beləliklə aramızda belə bir qarşılaşma oldu:
ƏFLATUN:
Yalova şəhəri, dəniz kənarı, Bir aşıq əlində saz gəldi keçdi. Soruşdum əhvalın, dərd ilə güldü, Dilində yanıqlı söz gəldi keçdi. BEYSAFA: Yandı cavan ömrüm bir qız uğrunda, Qurduğum xəyallar tez gəldi keçdi. Sevda çəkdim eşq oduna yanarkən, Talesiz ömrümdən gün gəldi keçdi. ƏFLATUN: Dedim söylə dərdin bir talib olaq, Mülazim əmiylə qeydinə qalaq, Dərmanın hardasa, arayıb bulaq, Köksünü ötürdü, tez gəldi keçdi. BEYSAFA: Sevdadır çəkəməm, saraldım-soldum, Gənc yaşımda bəhri-dəryaya daldım, Eşqin badəsindən cövhərlər aldım, Bu sevda da mənə naz gəldi keçdi. ƏFLATUN: Dünya əzəlindən belədir belə, Aşiqi incəldib bənzədər telə. Kərəm tək alışıb, dönərək külə, Bağrının başında köz gəldi keçdi. BEYSAFA: Der dərtli Beysafa, dərdə ağladım, Atəşli sinəmi eşqə bağladım, Kəndimə bir sevda, bir yar aradım, Yeni buldum, amma gün gəldi keçdi. ƏFLATUN: Əflatuna bu dərd əsər eylədi, Anladım ki Leyli Qeysə neylədi. Aşiq olan dərdin saza söylədi, Nəşəli günləri az gəldi keçdi. |