Mən bəşərəm, xəlifəyəm haqqım olan cahan mənim.
Mən bəşərəm, xəlifəyəm haqqım olan cahan mənim,
Varisiyəm yerin, göyün, çərx mənim, məkan mənim. Zülm elə istəyin qədər, fərz elə ki, cahan sənin, Səbr eləsəm İlahi tək, xeyrimədir zaman mənim. Gərçi bu gün dayanmaram zülmə boyun büküb durub, Şairiyəm İlahinin, haqqı deyən dəhan mənim. Nəzm mənim, qəzəl mənim, doğru mənim, xəta mənim, Olsa səvab xeyir mənim, varsa günah ziyan mənim. Xaliqimin sözün deyən, ayələrdir əsərlərim, Tanrı verən ağıl sənin, ayə Onun, bəyan mənim. İndi desəm Nəsimi tək “narə yanan şəcər mənəm” Orda olan Nəsiminin, burda olan nişan mənim. Mən Anaram adım kimi, mən Əhədəm özüm kimi, Batinim zahirimdədir yoxdu nihan, əyan mənim. Müəllif: Anar Əhəd |