Rəhbər doğulan aciz olan halətə düşməz
Rəhbər doğulan aciz olan halətə düşməz.
Rəhbərliyi dildən dilə hər söhbətə düşməz. Rüsvaylığı dərd eyləmə son mənzili dərd et, Öz xalqına zillət yaşadan cənnətə düşməz. Bir ölkə vətəndaşına izzətlə baxarsa, Yurdun, yuvasın tərk eliyib qürbətə düşməz. Neftin gəlirin hansı ədalət ilə böldün? Bir parça çörəydən savayı millətə düşməz. Yoxsulluğu görmüş biri rəhbər olar ancaq. Can yanmasa məzlumlar üçün riqqətə düşməz. Bax mən necə can yandırıraq həq yazıramsa, Can səndə də az sızlasa xəlq zillətə düşməz. Sultanlara həq yazmağı öyrətdi Nizami,* Rəhmət de Anar şairə, hər ümmətə düşməz. *Nizami Gəncəvi Müəllif: Anar Əhəd |