Baxma qardaş nəfəsim içki qoxur, mən seyidəm
Baxma qardaş nəfəsim içki qoxur, mən seyidəm.
İçirəm, gillədirəm, mey vururam şən seyidəm. Yox ayıq bircə günüm tək cümələrdən başqa, O da arvad danışıb söyməsə hərdən, seyidəm. Mənə sən fitrə, zəkat verməlisən cəddim var, Üləma hökmüdü bu hökmə əsasən seyidəm. Nə qazandın gətirib beşdə birin verməlisən, Dolanıb başə denən cəddimə əhsən, seyidəm. Məndə bu cədd ki var, istədiyim şəxsi yıxar, Mənə kim qarşı çıxar mən ona düşmən seyidəm. Mənə aşkar de ki, zəqqum pulu lazımdı sənə, Nə zəkat, fitrə deyib başlamısan sən seyidəm. İndi Təbriz, Anarın könlünə bilsən nə düşüb! Nə deyərdim bu avam ümmətə şəxsən seyidəm. NüəllifI: Anar Əhəd |
Güzel ve anlamlı bir şiir olmuş.
Selam ve sevgilerimi sunarım.