Oxu Qur’an desələr
Oxu Qur’an desələr bil ki, bu kafir sözüdür.
Olma inkarçı, hədis Rəbbimizin bir sözüdür. Ayənin batini var, batinin də batini var, Oxuyub anladığın ayənin zahir sözüdür. Sənə Allah sözünü kim gətirib haqqı desə, Bil ki, peyğəmbərimiz haqqına təkfir sözüdür. Bu hədis incidi, mə’nası dərin dəryadır, Xaliqin vəhyidi peyğəmbərə tə’bir sözüdür. Bu qədər goplamağın bəsdi, yetər molla dayı, Sənə bir ayə deyim Qur’anın nadir sözüdür. O hədislərlə oyun, fitnə quran müştərisiz, Bu ki, Loğmanda olan Allahın təfsir sözüdür.* Bu Onun ayəsidir haqqı tilavət eliyər,* Belə olduqda hədis Tanrı cəvahir sözüdür? Nə qədər sağdı Anar kökvüzə imza atacaq, Bu mənim Xaliqə əhdim, sizə şair sözüdür. Müəllif: Anar Əhəd Loğman 31/6 İnsanlardan kimisi də, heç bir elmi əsası olmadan Allahın yolundan azdırmaq və onu məsxərəyə qoymaq üçün boş – boş hədislərə müştəri olar. Belə olanlar üçün alçaldıcı bir əzab vardır. Casiyə 45/6 Bunlar Allahın ayələridir biz onu sənə haqqı ilə tilavət edirik. Bəs belə isə onlar Allahdan və ayələrindən sonra hansı hədisə inanıb güvənəcəklər? |