İnsan ağılın rahına diqqət verə bilsə
İnsan ağılın rahına diqqət verə bilsə,
Rahında tapar əsl həqiqət, verə bilsə. Allah adının A-sı da düşməz yada heç vaxt, Nadanlara alimləri cənnət verə bilsə. Şəxsən əyilib alimə tək səcdə edərlər, Ehkam ilə Allah kimi ayət verə bilsə. Yəqinlə inam bağladılar cənnətə bunlar, Tacirləri məhşər günü rüsxət verə bilsə! Alimləri yan qoy a fəqir, sən hələ bir gör, Naibləri məhşərdə şəfaət verə bilsə! Diqqət elə misralarımın baş hərifin düz, İmanə sual ver, sözə qiymət verə bilsə. Nadan ola bilməz, Anarın üstünə hürməz, İnsan düşünüb zehninə zəhmət verə bilsə. Müəllif: Anar Əhəd |
Her gönlü mutlaka, biliyor Hüda
Hepinizi ona, emanet ettim
Hakkım helal size, dostlar elveda