VAR (ustadnamə)
Əzəldən yazılır insanın bəxti,
Hər ömrün bir cürə görəcəyi var. Əməlin bəd isə, qarşına çıxıb, Müxtəlif torları hörəcəyi var. Özü həlim olub, könül alanın, Gözəl bir ad ilə yadda qalanın, Mərifət elmində kamil olanın, Hörmət qapısından girəcəyi var. Hər yaxşı əməli Haqdan bilənin, Qəlbindən nifrəti, kini silənin, Dili şirin olub, üzü gülənin, Ömrünü bəxtəfər sürəcəyi var. Əflatun, fağırı tutub döyənin, Özündən güclünü xəlvət söyənin, Ona-buna böhtan, hədyan deyənin, Axırda it kimi hürəcəyi var. |
Kalemini ve yüreğini candan Tebrik ederim…
Nefis ve iyi bir paylaşım…
....................................... Selam ve saygılar..