DÜNYANIN MİN DƏRDİ, MİN AZARI VAR
Aldanma varına, uyma dilinə,
Dünyanın min dərdi, min azarı var. Boldur var-dövləti, ancaq nə fayda, Qəlp pula çevirən çox bazarı var. Halını düşünsən edəcək xəstə, Kara gəlməyəcək ha çağır, səsdə. Yığacaq durmadan qəmi qəm üstə, Bitib-tükənməyən ahu-zarı var. Ona könül verən bir cənnət sanar, Meylini salanın imanı yanar. Əl vermə əlinə, dolan gəz kənar, İnsanı çatladan bədnazarı var. Yalvarıb-yaxarsan, töksən yağlı dil, Heç kəsə rəhm edib, acıyan deyil. Baxma ki yaşasan doxsan il, yüz il, Hazırdır qarşında, dar məzarı var. Yoxdur özünün də əbədi himi, Çürükdür, çalınmaz sazının simi. Halını vəsf edən Əflatun kimi, Şerə döndərən bir yazarı var. |
Yerinde sözlerle kaleme alınmış, güzel şiir…
Emeğine ve kalemine sağlık…
....................................... Selam ve saygılar..