SƏNİ (Ustadnamə )
Namərd şah da olsa kölgəsi yalan,
Sığınsan daha da yandırar səni. Yoxdur etibarı, yoxdur vəfası, Uyma kor şeytana, qandırar səni. İlğımlar su deyil, aldanıb dalma, Yağlı vəd verənin sözünü alma. Hər görünən oda meylini salma, İsitməz istisi, dondurar səni. Hər üzə güləndən dost, sirdaş olmaz, Arxa sandığın kəs qeydinə qalmaz. Uca dağ bildiyin başına almaz, Alçaq bir təpəyə qondurar səni. Dolan hər tərəfi, gəz hər bir yanı, Sən gəzən insanlar tapılmaz, hanı? Nə çoxdur dünyanın axmaq nadanı, Alışsan şam kimi, söndürər səni. Çağır Yaradanı hoyuna yetə, Əflatun, yolunda al güllər bitə. Əgər fürsət versən hər müxənnətə, Ayaqlar altına endirər səni. |
Severek ve haz alarak okunan dizeler…
Güzel şiirdi, tebrikler...
....................................... Selam ve saygılar..