Gecə qonağı
Qapı döyülmək üçündür,
Amma döymədin.Nədən? Bəlkə də bilərəkdən, Bəlkə bilməyərəkdən , Sən döydün pəncərəmi. Sən ey , pəncərəmi döyən, İnsanmısan, küləkmisən ? Bəlkə bir gözəl xanımsan, Bəlkə də düşmanımsan. Hər kimsən, nəsən ki sən, Niyə qapımı qoyub, Pəncərəmi döyürsən? Hayladım, hay vermədi, Çağırdım dillənmədi. Düşündüm bu saatda, Gözlənilməz bir vaxtda. Bir az da etdim qınaq, Çağrılmamış bu qonaq, Görən kimdir? ilahi. Bəlkə göylərdən gələn, Tanrının hədiyyəsi Bir sirdaşdır, ya həmdəm. Nəysə, açdım pəncərəni, Gördüm, gözüm böyüdü, Ürəyim bərk döyündü. Sirdaş bildiyim, Həmdəm bildiyim Qəfil gecə qonağı, Titrətdi bir çırağı. Demək qapımı deyil , Kiçik pəncərə döyən , Sənmişsən?qəm! Fərid Muradzadə 06.08.2018 . Sumqayıt 01:38 |
Duyguların anlatımı ve kurgusuyla iyi…
Akıcı bir şiir gördüm dizelerde…
.................................................... Saygı ve selamlar..